Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-26 11:50:00
Regionlar üzrə ən çox bal toplayanlar - Qazax-Tovuz bölgəsinin ABİTURİYENTLƏRİ

Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.

 

Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir. 

 

Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?

 

AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Artıq əksər Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını sizə təqdim etmişik.

 

Bu yazıda isə Qazax-Tovuz Regional Təhsil İdarəsinin əhatə etdiyi Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.  

 

Qazax-Tovuz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu region üzrə buraxılış imtahanından 287 bal toplayaraq ən yüksək nəticəni iki şagird göstərib.

 

Həmin abituriyentlər Tovuz rayon Hacılar kənd tam orta məktəbin şagirdi Cəfərova Ləman Mehman qızı və Şəmkir rayonu Dəllər-Daşbulaq kənd S.Tabıyev adına tam orta məktəbin şagirdi Məmmədov Ayxan Vüqar oğludur.

Açıklama yok.
Cəfərova Ləman Mehman qızı - Tovuz rayon Hacılar kənd tam orta məktəbin şagirdi - 287 bal;

 Açıklama yok.
Məmmədov Ayxan Vüqar oğlu - Şəmkir rayonu Dəllər-Daşbulaq kənd S.Tabıyev adına tam orta məktəbin şagirdi - 287 bal.

***

Aşağıda Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 3 abituriyenti də təqdim edirik:  

Açıklama yok.
Hüseynova Nigar Anar qızı
- Qazax şəhər F.Şamoyev adına 4 saylı tam orta məktəb -  284 bal;

 Açıklama yok.

Qasımzadə Tavat Qoca qızı - Ağstafa şəhər Texniki Humanitar Təmayüllü Lisey – 280 bal;

 
Açıklama yok.

Yusif Məmmədov - Gədəbəy rayonu Kiçik Qaramurad kənd N.Gəncəvi adına tam orta məktəb - 275 bal.