Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-16 20:00:00
66 yoluxma, 1 ölüm - Azərbaycanda koronavirus

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 66 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

 

AzEdu.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 830 846 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 820 153 nəfər müalicə olunaraq sağalıb, 10 213 nəfər vəfat edib, aktiv xəstə sayı 480 nəfərdir.

 

Son sutka ərzində 838, hazırkı dövrədək isə 7 576 355 test aparılıb.