Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-16 10:04:20
Gənc oğlan dava zamanı bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

AzEdu.az xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığındakı parkda olub.

 

Belə ki, 2003-cü il təvəllüdlü Əsgərov Kənan Yadigar oğlu tanışı ilə parkda gəzərkən mübahisə edib.

 

Mübahisə davaya çevrilib.

 

Dava zamabı K.Əsgərov bıçaqlanaraq ağır xəsarətlər alıb.

 

Yaralı xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.