Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 14:35:20
BDU doktorant və dissertantlarla bağlı qəbul elan edib

Bakı Dövlət Universiteti (BDU) doktorant və dissertant hazırlığı üzrə qəbul elan edir.

 

Bu barədə AzEdu.az-a BDU-dan məlumat verilib.

 

Doktoranturaya (dissertanturaya) sənəd qəbulu aprelin 12-dən mayın 16-dək "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) vasitəsilə elektron qaydada aparılacaq. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçərək, TƏLİMATA uyğun qeydiyyatdan keçməlidirlər.

2023-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbulda tələb olunan sənədlərin siyahısı

Elmi rəhbərin rəyi və digər tələb olunan sənədlər mayın 16-dək imtahanlara buraxılma haqqında qərarın qəbul edilməsi üçün Doktoranturaya Qəbul Komissiyasına təqdim edilməlidir.

Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Magistratura və doktorantura şöbəsindən, rəsmi internet səhifəsindən (www.bsu.edu.az, http://md.bsu.edu.az) əldə etmək olar.