Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-18 12:41:00
BMU Həmkarlar İttifaqı Komitəsinin hesabat iclası keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda öncə BMU HİK-in sədri Həzi Qasımovun 2022-ci il üzrə hesabat məruzəsi dinlənilib. O, universitetdə kollektivin asudə vaxtlarının səmərəli təşkili, mədəni-kütləvi tədbirlərdə iştirakı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə yerinə yetirilən işləri diqqətə çatdırıb.

 

İclasda təşkilatın gəlir və xərclər smetasının icra vəziyyəti, 2023-cü il üzrə büdcə proqnozları barədə də ətraflı məlumat verilib.

 

Təqdimatdan sonra BMU HİK-in Rəyasət heyətinin üzvləri – universitetin tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov və tərbiyə işləri üzrə prorektor Bayram Hüseynzadə çıxış ediblər. Təşkilatın faəliyyətini təqdirəlayiq qiymətləndirən natiqlər BMU HİK tərəfindən həyata keçirilən tədbirlərdə şəffaflıq prinsipinə ciddi əməl olunduğuna diqqət çəkib, eyni zamanda qurumun inkişafı istiqamətində təklif və fikirlərini bildiriblər.

 

Daha sonra BMU HİK-in 2023-ci il üzrə büdcəsi təsdiq olunub.

 

İclas hesabat məruzəsi ətrafında müzakirələrin aparılması və bir sıra təkliflərin irəli sürülməsi ilə yekunlaşıb.