Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-10 12:50:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə hansı azərbaycanlı gənclər sənəd verə bilər...

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (MGIMO) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.

 

 

Bəs müsabiqədə iştirak etmək istəyən şəxslər hansı şərtləri ödəməlidir?

 

Sözügedən suala cavab olaraq Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək hüququna malik olmaq üçün aşağıdakı şərtlər ödənməlidir:

 

- orta məktəbin rus bölməsini bitirən,

- 2023-cü il iyulun 30-dək 19 yaşı tamam olmayan,

- attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan,

- II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları.

 

Xüsusi olaraq qeyd edək ki ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.