Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 11:59:00
Qadağan edilmiş kitablar - SƏBƏBLƏR

Tarix boyu həm ölkəmizdə, həm də dünyada yüzlərlə kitab bəzi dəyərlərə zidd olduğu üçün qadağan edilib.

 

Siyasi-mənəvi dəyərlərə uyğun gəlmədiyi əsas gətirilərək satışı qadağan edilən bu kitabların çoxaldılmasına icazə verilməyib. Müvəqqəti və ya qeyri-müəyyən müddətə qadağan olunmuş bu kitablardan yüzlərlə misal çəkmək mümkündür.

 

AzEdu.az müxtəlif ölkələrdə qadağan olunmuş kitabların bir qismini sizlərə təqdim edir:

 

"Növlərin mənşəyi" - Çarlz Darvin

 

İngilis bioloq və təbiət tarixçisi Çarlz Darvinin "Növlərin mənşəyi" kitabı təkcə elm tarixini deyil, ədəbiyyatdan fəlsəfəyə qədər bir çox sahədə perspektivləri dəyişdirən güclü bir əsər olması ilə tanınır. 1967-ci ilə qədər təkamül nəzəriyyəsinin tədrisinin qadağan edildiyi Amerikada bu səbəbdən əsər qadağan edildi. Kitabın qadağan olunduğu ölkələr arasında Yuqoslaviya və Yunanıstan da var.

 

"1984-cü il" - Corc Oruell

İngilis ədəbiyyatının mühüm yazıçılarından biri olan Corc Oruellin "1984-cü il" romanı bu gün 20-ci əsrin ən təsirli əsərlərindən biri sayılır. Müəllif burada gələcəyin acınacaqlı mənzərəsini dolğun şəkildə təsvir edib. Kitabda zalım hökumətlərin kütlələri manipulyasiya etmək üsulları ortaya qoyulur. 1949-cu ildə kitab senzuradan keçirilərkən ona İngiltərə və Amerikada qadağa qoyulub. Qəribədir ki, kitab nəşr olunduqdan 1 il sonra, 1950-ci ildə Sovet İttifaqında da qadağan edilib. 

 

"Don Kixot" - Migel de Servantes

 

Servantesin 1605-ci ildə yazılmış və bu gün ölməz əsərlər arasında yer alan bu kitabı cəngavər romanlarına qarşı satiradır. İspan inkvizisiyası tərəfindən “sədəqəni dəyərsizləşdirmək” səbəbi ilə qadağan edilən kitab ancaq 19-cu əsrdə yenidən oxucu ilə görüşə bildi. Kitab bir çox dillərə tərcümə edilmiş və nəşr olunduğu gündən dünyanın hər yerində kütləvi maraq doğurmuşdu.

 

"Bülbülü" öldürmək - Harper Li

1960-cı ildə nəşr olunduğu zaman insanlarda böyük təəssürat yaradan “Bülbülü öldürmək” bir uşaq qəhrəmanın gözü ilə Amerikanın cənubundakı irqçilik və bərabərsizlikdən bəhs edir. Ədalət, bərabərsizlik və ayrı-seçkilik kimi bu gün də müzakirə edilən anlayışlardan bəhs edən kitab nəşrindən 1 il sonra Pulitzer mükafatını qazansa da, irqçilik ehtiva etdiyi səbəbiylə qadağan olunub.

 

"Sirça malikanəsi" - Sabahattin Ali

 

Sabahattin Alinin ölümündən əvvəlki son hekayə kitabı olan "Sırça malikanəsi" dövrün dövlət idarəçiliyini tənqid edən, müqavimət gücündən bəhs edən bir əsərdir. 1947-ci ildə nəşr olunan və hökumətə qarşı üsyan səbəbiylə qadağan edilən kitab xüsusən də müəllifi sevənlərin oxuması lazım olan kitabdır.

 

"Fikrimin incə gülü" - Ədalət Ağaoğlu

Təkcə Ədalət Ağaoğlunun deyil, Türk ədəbiyyatının şah əsərlərindən sayılan “Fikrimin incə gülü” Almaniyada zibil yığan Bayramın aldığı “Mersedes”i öz kəndinə gətirməsindən bəhs edir. Hərbi qüvvələri aşağıladığı üçün cinayət işi açılan kitab mövzusuna görə cəmiyyətin diqqətini cəlb edib. 

 

"Alisa möcüzələr ölkəsind"ə - Leviss Carroll

 

Siyahıda ən təəccüblü kitablardan biri şübhəsiz ki, bu gün dünyada uşaq klassikləri arasında yer alan “Alisa möcüzələr ölkəsində”dir. İngilis yazarın təkcə uşaqlar üçün deyil, böyüklər üçün də tamamilə fərqli bir dünyanın qapısını açan kitabı 1931-ci ildə Çin hökuməti tərəfindən insan xüsusiyyətlərini heyvanlara aid etdiyi və insanlara qarşı təhqiramiz olduğu əsas gətirilərək qadağan edilmişdi. Heyvanların insan dilindən istifadə etməsi və insan kimi davranmasının heyvanlarla insanların eyni səviyyədə olması fikrini təbliğ etdiyi düşünülürdü.