Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-07 09:11:00
"Demoday" tədbirində ideyalar təklif olunacaq

 “SABAH.lab” Akselerasiya Mərkəzi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində yaradılmış yeni və innovativ startap akselerasiya mərkəzidir. Mərkəz “IE Business School” ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. “SABAH.lab”- in məqsədi Azərbaycanda akselerasiya proqramlarını keçirməklə, ölkənin innovasiya ekosisteminə öz tövhəsini verməkdir.

 

 “SABAH.lab” çərçivəsində 3 aylıq “Yarat”, 6 aylıq “Sürət” intensiv inkişaf proqramları və digər fəaliyyətlər startapların qurulmasına və inkişafına xidmət göstərmişdir. Bu xüsusi proqramın yaradılmasında “IE Business School” (“NY Times”-a görə Avropada sahibkarlıq proqramına görə 1-ci, dünyada isə 8-ci sıralamada olan biznes məktəbidir) birbaşa iştirak edir. 

Fəaliyyət dövründən başlayaraq “Yarat” (Incubation) və “Sürət” (Acceleration) proqramları ümumilikdə 2000-dən çox gənci əhatə etmişdir. “Sürət” proqramına 177 komanda qeydiyyatı baş tutmuşdur. Proqram çərçivəsində komandalara maliyə və müxtəlif sahələr üzrə peşəkar konsultasiya imkanı, xarici və yerli mentor dəstəyi, yerli və xarici investorlarla əlaqə imkanı yaradılır.

 

7 aprel tarixində keçirilən “Demoday” tədbirində proqram çərçivəsində yer alan 30-dan artıq komanda investorlar qarışısında çıxış edərək ideyalarının inkişafı üçün investisiya cəlb etməyə çalışacaqlar. Tədbirdə 10-dan artıq xarici və 15-dən artıq yerli investor, həmçinin 200-dən artıq xüsusi dəvət edilmiş qonaq yer alacaqdır.