Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-05 11:05:00
Pandemiya və zəlzələdə 44 yaxınını itirən məktəb direktoru...

Covid-19 epidemiyası və 6 fevral tarixli zəlzələdə ailəsi və yaxınlarından 44 nəfəri itirən Antakyadakı məktəbin direktoru Ahmet Cevdet Alkan  bir-birinin ardınca yaşadığı ağrılara baxmayaraq, "konteyner şəhər"də işləməyə davam edir.

 

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, "konteyner şəhər"də könüllü fəaliyyət göstərən iki uşaq atası Alkan fəlakət qurbanlarının ehtiyaclarını müəyyən etmək və yardım çatdırmaq üçün həmkarları ilə birlikdə çalışır.

 

Alkan itirdiyi ailə üzvləri haqqında danışıb:

 

"2020-ci ildə Covid-19-a yoluxan anamı, atamı və 2 böyük bacımı itirdim. Daha sonra 13 yaxın qohumum - əmim, bibim uşaqları və qardaşım oğulları həyatını itirdi. Bu müddət ərzində 17 qohumumu Covid-19-a qurban verdim. Zəlzələdə qayınanam, qayınatam, əmimin uşaqları və bacım oğulları olmaqla 27 nəfəri itirdik. Yenə öz ağrımızı yaşamadan öz yurdumuz, xalqımız, torpağımız dedik".

 

Son yaşadıqlarını göz yaşları ilə izah edən Alkan deyib: "Bəzən üsyan etmək istəyirik, amma faydası yoxdur. Yenidən bir yerə gəlməyə, şəhərimizi ayaqüstə qaldırmağa, yaşayan insanlara dəstək olmağa çalışırıq. Xatirələrimiz həmişə bizimlə yaşayacaq. Bu ağrı həmişə içimizdə yanacaq".