Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-03 11:15:18
Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 9042 müraciət daxil olub

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 9 042 müraciət daxil olub.

 

BŞTİ-dən AzEdu.az-a bu barədə məlumat verilib.

 

Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 5 392 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 082 vətəndaş müraciət edib.

 

Mart ayında BŞTİ-yə 1 229 sənəd (vətəndaşlar tərəfindən 341 ərizə, Elm və Təhsil Nazirliyindən 227, digər qurumlardan 207, məktəblərdən 293 məktub və 161 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 339 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edib.