Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 11:24:37
Nazir vətəndaş qəbulunun vaxtını dəyişdi

Elm və təhsil naziri Emin Əmrullayevin martın 30-da Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

 

Bu barədə AzEdu.az-a nazirlikdən məlumat verilib. Bildirilib ki, vətəndaş qəbulu martın 31-də keçiriləcək. Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərinin iştirakı nəzərdə tutulub.

 

Qeyd edək ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.