Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-21 10:50:00
Məktəbdə şagird üç nəfəri bıçaqladı

Kanadanın Halifaks şəhərində polis üç nəfəri bıçaqlayan orta məktəb şagirdini həbs edib.

 

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Bedford məktəbində baş verib.

 

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-si işçi, 1-i isə şagirddir. Dəqiq zədələrin xarakteri açıqlanmayıb. Hücumdan sonra məktəbdə dərslər ləğv edilib.

 

Polis ictimai təhlükəsizliyə heç bir təhdid olmadığını bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.