Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-16 14:36:18
Son 3 ildə elmi dərəcə alanların sayı açıqlanıb

Son 3 ildə elmi dərəcə və elmi ad verilmiş, yaxud verilməsindən imtina edilmiş iddiaçıların sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Ali Attestasiya Komissiyasının sədri iqtisad elmləri doktoru, professor Famil Mustafayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı 2020-2023-cü illərdə 900 nəfərə fəlsəfə doktoru, 168 nəfərə elmlər doktoru dərəcəsi verildiyini bildirib.

Qeyd edib ki, həmin müddətdə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən 427 nəfərə, elmlər doktoru dərəcəsi almaq istəyən 44 nəfərə imtina cavabı gəlib.
 

“Bundan başqa, 372 nəfərə dosent, 62 nəfərə professor elmi adı verilib. Dosent elmi adı almaq istəyən 66 nəfərə, professor elmi adı almaq istəyən 21 nəfərə isə imtina verilib" - deyə Famil Mustafayev qeyd edib.