Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-14 13:59:16
Britaniya səfiri Zəngilanda şagirdlərlə görüşdü

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld işğaldan azad olunmuş Zəngilan rayonun Ağalı kəndindəki məktəbdə olub, şagirdlərlə görüşüb.

 

AzEdu.az xəbər verir ki, diplomat bunu tvitter-də yazıb.

 

“Səməninin yaşıl cücərtisi kimi bu kənd də dağıntılar dövründən sonrakı həyatın ilk nişanələridir. Ağalıda uşaqlar Britaniya və Azərbaycanın birgə səyləri nəticəsində yenidən təhlükəsiz şəraitdə təhsil ala bilirlər”, - səfir bildirib.