Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-18 13:30:00
Ali məktəblərə sənəd qəbulu, şagirdlərin qiymətləndirilməsi-Təhsil icmalı

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir.

 

 

 

11-17 may tarixində təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

 

 

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbuluna start verilib.

 

 

 

Abituriyentlərin sənəd qəbulu onlayn şəkildə mayın 12-dən iyunun 5-dək aparılacaq.

 

 

 

Qəbul imtahanlarının iyulun 20-dən sonra bir dəfə keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında olacaq.

 

 

 

Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq.

 

 

 

Ümumtəhsil müəssisələrində təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır.

 

 

 

Müəllimlər güzəştli mənzillərdən yararlana biləcəklər.

 

 

 

Müvafiq dəyişikliyə əsasən, gənc ailə (Gənc ailə - yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyndir) üzvü olan müəllimlər üçün əmək stajı tələbi 5 ildən 3 ilə endirilməklə yanaşı, yalnız ümumtəhsil məktəbində işləyən deyil, digər ümumi təhsil müəssisələrində çalışan gənc ailə üzvü olan müəllimlər də güzəştli mənzil əldə edə biləcəklər.

 

 

 

Şagirdlərin qiymətləndirilməsi bu tarixdə aparılacaq.

 

 

 

“Cari tədris ilinin sonunda tədqiqat xarakterli qiymətləndirmə aparılması nəzərdə tutulur”.

 

 

 

Bu barədə məlumatı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov REAL TV-nin efirində qonaq olan zaman deyib. 

 

 

 

O bildirib ki, qiymətləndirmənin nəticələrinə uyğun olaraq pandemiya zamanı tədris olunan mövzuların nə dərəcədə mənimsəndiyi öyrəniləcək.

 

 

 

Azərbaycanda növbəti tədris ili ilə bağlı qərar nə vaxt açıqlanacaq?

 

 

 

“Növbəti tədris ilində hansı tədbirlərin görüləcəyi ilə bağlı işçi səviyyəsində ciddi görüşlər keçirilir və müzakirələr aparılır. Bununla bağlı qərar yəqin ki, iyun ayında ictimaiyyətə açıqlanacaq”.

 

 

 

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

 

 

“Virtual məktəb"də şagirdlərin imtahan verməsi məcburidirmi?

 

 

 

“Virtual məktəb” platformasında keçirilməsi nəzərdə tutulan imtahan şagirdlərin qiymətinləndirməsi məqsədi daşımır”.

 

 

 

Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov  şagirdlərin imtahanda iştirak etməsinin məcburi olub olmadığından danışarkən deyib. 

 

 

 

Keçən il keçirilən buraxılış imtahanlarının nəticələri bu il də qüvvədə qalacaq. 

 

 

 

Qaydalara görə buraxılış imtahanlarının nəticələri iki il müddətində qüvvədə qalır. Məzun öz nəticəsini yaxşılaşdırmaq üçün buraxılış imtahanı formatında keçirilən birinci mərhələ imtahanında iştirak edə bilər. Bu zaman onun müsabiqədə  hansı  nəticə ilə iştirakı öz seçimindən asılı olacaq. Yəni təkrar imtahan versə də əvvəlki nəticə silinməyəcək.

 

 

 

Qəbul imtahanları ilə bağlı son qərarlar əvvəlki illərin məzunlarına da şamil olunur?

 

 

 

Bütün bu qaydalar əvvəlki ilin məzunlarına da şamil olunacaq. Əgər ötən ilin məzununu buraxılış imtahanı nəticəsi qane edirsə, o, birbaşa blok imtahanında iştirak edə bilər. Onların imtahanında sadəcə gün fərqi ola bilər.

 

 

 

“Məktəblər və universitetlər tədris ilinin sonunadək birmənalı olaraq açılmayacaq”.

 

 

 

Bu sözləri Prezident İlham Əliyev mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə keçirilən videokonfransda söyləyib.

 

 

 

Ölkə başçısı hazırda koronavirusla bağlı vəziyyətin nəzarət altında olduğu və bu məsələ ilə bağlı ciddi tədbirlər görüldüyünü qeyd edib:

 

 

Ceyhun Bayramov şöbə müdirini vəzifəsindən azad etdi.

 

 

Goranboy Rayon Təhsil Şöbəsinin müdiri Səxavət Məmmədov vəzifəsindən azad edilib.

 

 

Bununla  bağlı Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları