Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 10:04:00
18 yaşı tamam abituriyentlər sənəd verərəkən diqqətli olsunlar - XƏBƏRDARLIQ

Məlum olduğu kimi, 11 illik orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizələrin qəbulu 2023-cü il martın 1-dən 15-dək davam edəcək.

 

Bəs 18 yaşına çatmış oğlan abituriyentlər müsabiqədə necə iştirak edə bilər?

 

Bu barədə DİM-dən AzEdu.az-a bildirilib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) müvafiq təlimatına əsasən, keçən il orta məktəbi bitirən və cari il aprelin 30-dək 18 yaşı tamam olan oğlan abituriyentlərin (həmçinin bu il kolleci bitirən və ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən, lakin 18 yaşı cari il aprelin 30-dək tamam olan kollec məzunlarının) və subbakalavrların elektron ərziələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumat SHXÇDX-nin elektron məlumat bazasında əks olunmalıdır.

 

Qeyd edək ki, 18 yaşı bu il aprelin 30-dan sonra tamam olan oğlan abituriyentlər isə özləri qeydiyyatdan keçərək qəbul imtahanlarında iştirak edə bilərlər. Onlardan hərbi xidmətə çağırışdan möhlətlə bağlı məlumat tələb olunmur.