Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-02 16:11:00
MİQ imtahanından keçən müəllimlər sertifikasiyadan keçmiş hesab olunmur - RƏSMİ

“Müəllimlərin işə qəbul imtahanından keçən müəllimlər sertifikasiyadan keçmiş hesab olunmur”.

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:

“MİQ imtahanından keçmiş müəllimlər 5 il müddətində sertifikasiyadan keçməməsinin əsas səbəbi onların bilik və bacarıqlarının həmin imtahan vasitəsi ilə qiymətləndirilmiş hesab olunmasıdır. Onun yenidən sertifikasiyaya cəlb olunmasına ehtiyac yoxdur. Ona görə də, həmin müəllimlər 5 il müddətində sertifikasiyadan azaddırlar. Bəs onlar sertifikasiyadan keçmiş hesab olunurmu, bu sualın cavabı belədir: xeyr. Qanunvericiliyə istinad etsək, onların sertifikatlaşdırılmadan keçmiş hesab olunması ilə bağlı heç bir əsas yoxdur".