Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-01 17:21:00
Bu universitetin monoqrafiyası “Springer” nəşriyyatında çap olunub

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasının müdiri Əməkdar elm xadimi, professor Arif Səlimovun “Holomorf funksiyaların həndəsədə tətbiqləri” monoqrafiyası məşhur “Springer” nəşriyyatının “Frontiers in Mathematics” (“Riyaziyyatın Hüdudları”) adlı kitab seriyasında çap olunub.

 

AzEdu.az xəbər verir ki, seriya son illərdə riyaziyyatın müxtəlif sahələrində aparılan ən aktual riyazi araşdırmaların nəticələrini geniş riyaziyyat auditoriyasına təqdim edir.

 

Monoqrafiyada üç istiqamətdə aparılmış araşdırmalar və bu araşdırmalar üzrə alınmış nəticələr öz əksini tapıb. Birinci bölmədə kommutativ cəbrlərdən olan holomorf funksiyalara və bu cür funksiyaların köməyi ilə cəbr üzərində qurulmuş holomorf çoxobrazlılara yer verilib. İkinci bölmə holomorf funksiyaların psevdo-Riman çoxobrazlıların nəzəriyyəsinin tətbiqlərindən bəhs edir. Üçüncü bölmə holomorf funksiyaların laylanma fəzalarındakı lift problemlərinin tətbiqlərinə həsr edilib. Bunun nəticəsində yeni deformasiya olunmuş lift sinifləri aşkar edilib.