Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-27 16:29:00
Türkiyədəki tələbələrimiz yalnız bu halda Azərbaycana köçürülə bilər - AÇIQLAMA

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyədəki tələbələrimizin hansı halda Azərbaycana yerdəyişməsinin təmin olunacağını açıqlayıb.

 

AzEdu.az xəbər verir ki, nazir bu barədə brifinqdə sualları cavabandırarkən bildirib:

 

“Biz bu barədə ədalətli olmağa çalışırıq. Bizim hazırda ölkədə Dövlət İmtahan Mərkəzindən 20 bal yığa bilməyən tələbələrimiz var. Onda onları da attestatla universitetlərə qəbul etməliyik, bu isə yolverilməzdir. Əgər tələbənin təhsil göstəriciləri yetərlidirsə, Azərbaycanda təhsil ala biləcəyi halda Türkiyəni seçibsə, o zaman, həmin tələbəni ölkəmizə yerdəyişməsini təmin edə bilərik".


Nazir bildirib ki, əgər tələbələr ölkə daxilində qəbul imtahanında keçid balını toplamayıbsa, xaricdə attestatla təhsil alırsa, onların yerli ali təhsil müəssisələrinə köçürülməsi mümkün olmayacaq.