Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-23 17:25:00
Müəllim məktəbin yararsız pianolarını təmir edib - VİDEO

Bakı şəhərindəki 165 nömrəli tam orta məktəbdə monitorinq zamanı istedadlı, peşəsini şərəflə və vicdanla yerinə yetirən musiqi müəllimi Altay Vəlizadə ilə tanışlıq olub.

 

AzEdu.az xəbər verir ki, monitorinqi Bakı Şəhəri üzrə Təhsil İdarəsi keçirib.

Məlum olub ki, istedadlı müəlllim məktəbin yararsız halda olan pianolarını öz imkanları ilə işlək vəziyyətə gətirib dərslərdə istifadə edir. Məktəb rəhbərliyinin dəstəyi ilə Altay müəllimin musiqi fənnini tədris etməyi üçün ayrıca sinif otağı ayrılıb.