Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 12:18:00
Türkiyənin 71 bölgəsində məktəblər açıldı

Türkiyədə baş vermiş zəlzələ səbəbindən 71 bölgədə tədrisin dayandırılmasından sonra bu gün ilk dərs günü başlayıb.

 

Zəlzələ bölgəsində isə yardım və sığınacaq ehtiyacı ilə bağlı tədbirlərin görülməsi və dəymiş zərərin müəyyənləşdirilməsi istiqamətində işlərin fevralın sonuna qədər başa çatdırılması planlaşdırıldığı üçün dərslərin martın 1-dən başlaması planlaşdırılır. 

 

AzEdu.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, zəlzələ bölgəsində tədrisə yararlı məktəblərdə veriləcək qərarlara uyğun tədris prosesinə başlanılacaq. Bu istiqamətdə müvafiq tədbirlər görülür.

 

Qeyd edək ki, Türkiyədə 2022-2023-cü tədris ili üzrə birinci yarımil yanvarın 20-də başa çatmışdı və fevralın 6-da ikinci yarımil üzrə tədrisə başlanılacaqdı. Lakin Kahramanmaraşda fevralın 6-sı baş vermiş zəlzələ səbəbindən tədrisin başlaması fevralın 20-dək təxirə salınmışdı.