Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-20 10:43:00
Türkiyənin 10 əyalətində məktəblərin vəziyyəti bu gün bəlli olacaq

Türkiyənin təhsil naziri Mahmut Özer Qaziantepin Nurdağı rayonunda məktəblərə dair açıqlama verib. 

 

AzEdu.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 10 əyalətdəki məktəblərin vəziyyəti ilə bağlı ətraflı qiymətləndirmə apardıqlarını deyən Özer, nəticələrin bazar ertəsi günü açıqlayacaqlarını bildirib.

 

Zəlzələ bölgəsindəki tələbələrin başqa vilayətlərə köçürülməsi ilə bağlı suala nazir "bilirsiniz, biz ilk gündən köçürmə imkanını açdıq. Bu günə kimi 48 min şagird 71 əyalətə köçürmələrini həyata keçirib",-deyə cavab verib.

 

Nazir yeni bir qərar haqqında da danışıb:

 

"Daha bir qərar verdik, köçürülən tələbələrimizin yataqxanalarda pulsuz qalmasını təmin edirik".