Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-17 09:09:23
Bir müəllim 18 fənn üzrə dərs deyirmiş…

Əlbəttə ki, bizim təcrübəli müəllim, pedaqoq və təhsil sahəsi ilə bağlı olan oxucularımız belə bir işin mümkün ola bilməsini birmənalı olaraq istisna edəcək. Bu görünməyən bir hadisədir. Bir müəllimin 18 fəndən dərs deməsi təcrübi olaraq mümkün deyi.

AzEdu.az xəbər verir ki, sözügedən müəllim Rusiyanın Omsk vilayətinin Köhnə Konkul kəndindəki məktəbdə çalışır.


NGS55.RU portalının məlumatına görə, qeyd olunan məktəbdə  tədris ilinin başlanğıcından cəmi bir nəfər müəllim Marina Kojevina qalıb. O məktəbdə oxuyan 6 uşağa bütün 18 fənn üzrə dərs deyir. Maraqlıdır ki,  bu fənlərdən dərs  demək üçün onun icazəəsi də var və ixtisasartırma kursları keçib.


Müəllim və kənd əhalisi tədrisi keyfiyyətindən razıdırlar. Məzunlar heç də pis nəticə göstərmir və ali məktəblərə qəbul olunurlar. Marina Kojevina da kəndi tərk etmək fikrində deyil.Çünki aldığı məvacib onu qane edir. Bu Rusiya səviyyəsində müəllimlərin aldığı ən yüksək məvacibdir.


Deməli, Rusiyada mövcud olan qanunvericiliyə görə, bir müəllim 20-yə yaxın fənn üzrə dərs deyə bilərmiş. Maraqlıdır.  Ailə hıkimi, ailə psixoloqu sisteminin həyata keçirilməsi artıq çoxdan məlumdur. Bir məktəbə bir müəllim! Bu da Rusiya imzalıyeni bir trend.