Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 15:55:00
BMU-da daha bir fakültəsinin işi müzakirə olundu

Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin elmi-tədqiqat fəaliyyəti və növbəti il üçün bu istiqamətdə nəzərdə tutulan planları müzakirə olunub.

 

AzEdu.az xəbər verir ki, adıçəkilən fakültənin elmi işlər üzrə dekan müavini Fərid Cəbiyev 2022-ci ildə kafedralar üzrə elmi hesabatla çıxış edib. Impakt faktorlu jurnallarda dərc olunan elmi məqalə, konfrans məruzələri, dərs vəsaitləri, metodiki vəsait və göstərişlərlə bağlı əvvəlki illərlə müqayisəli rəqəmləri diqqətə çatdıran dekan müavini qeyd olunan istiqamətlərdə fakültənin elmi fəaliyyətinin yüksək göstəricilərlə müşahidə edildiyini bildirib.

 

BMU-nun elmi işlər üzrə prorektoru Elçin Süleymanov universitetin ötən il üzrə elmi-tədqiqat fəaliyyətinə həsr olunan təqdimatında fakültələr üzrə nəşr aktivliyi, o cümlədən illər üzrə impakt faktorlu elmi jurnallarda nəşr statistikasını diqqətə çatdırıb. Bu nəşrlərin böyük əksəriyyətinin İqtisadiyyat və idarəetmə fakültəsinin payına düşdüyünü deyən prorektor Scopus və Web of Science elmmetrik platformalarında fakültə əməkdaşlarının məqalə sayına görə artım dinamikasına toxunub, gələcək fəaliyyətlə bağlı tövsiyələrini ifadə edib.

 

Sonra fakültənin baş müəllimi İlkin Qasımov “Beynəlxalq indeksli jurnalda necə məqalə yazmaq olar, bunun üçün nə lazımdır?” adlı təlim verib və müvafiq prosedurlara aydınlıq gətirib.

 

Tədbirin sonunda fakültənin elmi nəticələrinə görə fərqlənən əməkdaşlarına təşəkkürnamə təqdim olunub.