Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-16 08:40:00
Tələbələrin cənazəsi Azərbaycana gətirildi

Türkiyədə baş vermiş zəlzələdə həlak olan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cənazələri Bakıya gətirilib.


AzEdu.az
 xəbər verir ki, tələbələrin cənazələrini gətirən təyyarə fevralın 16-da gecə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 


Xatırladaq ki, Malatyadakı İnönü Universitetinin tələbələri - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələnin yaratdığı uçqun altında qalmışdılar.

Onların cəsədləri uzun axtarışlardan sonra fevralın 14-də dağıntılar altından çıxarılıb. 

 
Mərhum tələbələrdən Samir Quliyevin Gədəbəydə, Gündüz Nəzərzadənin Sumqayıt şəhərində, Hüman İsmayıllının Sumqayıt şəhərinin Corat qəsəbəsində, Şahin Vəliyevin isə Gəncədə dəfn olunacağı bildirilir.