Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 17:03:48
Tibb Universitetinin tələbəsi zəlzələdə HƏLAK OLUB

"Böyük təəssüf və kədər hissi ilə qeyd etmək istəyirəm ki, fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin V kurs tələbəsi Nazif Abdulmelik oğlu Toprak da həlak olub".

Bu barədə AzEdu.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova məlumat verib.

Bundan əlavə, zəlzələdə faciəli şəkildə həyatını itirən azərbaycanlı tələbələrdən biri - Gündüz Nəzərzadə də ATU-nun məzunu olub.

2021-ci ildə universitetimizin Əczaçılıq fakültəsindən məzun olan Gündüz Nəzərzadə Malatyada İnönü Universitetində magistratura təhsili alırdı.

“ATU rəhbərliyi və kollektivi zəlzələdə həlak olanların ailələrinə, yaxınlarına dərin acı və hüznlə başsağlığı verir. Allah rəhmət eləsin, doğmalarına səbr versin”, - G.Aslanova deyib.