Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-15 16:39:00
BMU-da Mühəndislik fakültəsi ilə bağlı tədbir keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Mühəndislik fakültəsinin elmi-tədqiqat fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, hesabatla çıxış edən fakültənun dekanı Hüseyn Mirzəyev nüfuzlu elmmetrik bazalarda işıq üzü görən məqalələr, keçirilmiş elmi tədbirlər, elmi-tədqiqat işləri, yeni laboratoriyaların  qurulmasıhabelə Tələbə Elmi Cəmiyyətinin gördüyü işlər haqqında ətraflı məlumat verib. Fakültə üzrə müvafiq statistik göstəricələrə toxunan və universitetin fəaliyyətində elmi-tədqiqat işlərinin əhəmiyyətini vurğulayan dekan, həmçinin cari il ərzində görüləcək işlərə diqqət çəkib.

 

Universitetin elmi işlər üzrə prorektoru Elçin Süleymanov BMU-nun ötən il üzrə elmi-tədqiqat fəaliyyəti ilə bağlı vacib məqamları vurğulayıb, eyni zamanda dərslik, dərs vəsaiti, eləcə də impakt faktorlu jurnallarda nəşr sayına görə Mühəndislik fakültəsinin gördüyü işləri qeyd edib. Bütövlükdə BMU əməkdaşlarının dünyanın ən məşhur elmmetrik bazalarında (Web of Science və Scopus) olan nəticələrinin daha da yaxşılaşdğını önə çəkən prorektor görülən məqsədyönlü işlərin sayəsində hər il bu istiqamətdə müsbət dinamikanın qeydə alındığını bildirib. 

 

Gələcək fəaliyyətlə bağlı əsas məsələləri nəzərə çatdıran E.Süleymanov bu il universitetdə keçirilməsi planlaşdırılan beynəlxalq konfranslarda da Mühəndislik fakültəsinin əməkdaşlarının aktiv formada iştirakını tövsiyə edib.

 

Sonra tədbirdə fakültənin elmi fəaliyyətinin daha da gücləndirilməsi və bununla bağlı qarşıda duran vəzifələr geniş müzakirə olunub.

 

Sonda fakültənin elmi fəaliyyətinə görə fərqlənən əməkdaşları təşəkkürnamə ilə təltif edilib.