Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 17:42:37
Dağıntılar altında qalan tələbənin anası: “Şahin dedi ki, zəlzələ olacaq” - VİDEO

Türkiyənin Malatya şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində itkin düşən azərbaycanlı tələbə Şahin Vəliyevin anası Esmira Hüseynova ATV telekanalında yayımlanan “Bizimləsən” verilişində oğlundan danışıb.

AzEdu.az xəbər verir ki, sonuncu dəfə Şahinlə yanvarın əvvəlində danışan Esmira Hüseynova oğlunun zəlzələ olacağı barədə xəbər aldıqlarını söyləyib.

O deyib ki, oğlunu tətilə çıxandan sonra Azərbaycana gəlməyə çağırıb. Şahin Vəliyev isə yolpulunun baha olduğunu əsas gətirərək, Azərbaycana gəlmək istəmədiyini deyib.


Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.