Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 17:30:00
Gənc tədqiqatçılar üçün vörkşoplar keçirilib

Mayın 26-27-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək "ICYSSR 2023 - International Conference of Young Social Science Researchers 2023" beynəlxalq konfransına məqalə yazmaqda gənc tədqiqatçılara dəstək məqsədilə UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən onlayn vörkşoplar keçirilib.

 

AzEdu.az xəbər verir ki, vörkşoplar Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev, mərkəzin tədqiqatçısı Nicat Muradzadə və Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi İnqilab Şahbazov tərəfindən keçirilib. Təlimlərdə tədqiqat aparmağa maraqlı olan gənclərə “Tədqiqatçı kimi necə düşünmək olar?”, “Mənbələrlə iş: məlumatlar və müvafiq ədəbiyyat”, “Başlanğıc: bir məqaləni necə strukturlaşdırmaq olar?” mövzularında dolğun tövsiyələr verilib. Akademik yazının dünya elmi platformasına çıxmaq üçün əsas vasitələrdən olduğunu bildirən məruzəçilər humanitar elmlərdə tədqiqatın fundamental məsələləri, ingiliscə akademik yazının prinsipləri və s. mövzularda ətraflı çıxış ediblər.

 

Üç gün davam edən vörkşoplar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.