Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 15:27:48
Azərbaycanlı tələbələrin binasından daha bir meyit tapıldı - VİDEO

Türkiyədə azərbaycanlı tələbələrin yaşadığı binadan daha bir meyit tapılıb.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, azərbaycanlı professor Aygün Attar bildirib.

O, meyitin tanınmaz halda olduğunu qeyd edərək, “onun kimliyi ilə bağlı diaqnoz prokurorluğun nəzarəti altında aparılacaq” deyib.

Yeri gəlmişkən, Aygün Attar tviter səhifəsində dağıntılar altında qalan tələbələrdən biri Gündüz Nəzərzadənin mənzilindən çıxan əşyaların fotosunu paylaşıb.

Fotodan G.Nəzərzadənin evindən Azərbaycan və Türkiyə bayraqları, eləcə də “Qurani-Kərim” kitabının tapıldığı görünür.

Qeyd edək ki, Azərbaycan Televizyası da hadisəyə dair videoxəbər yayıb.

Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə fevralın 6-da baş verən zəlzələdən sonra itkin düşüblər.