Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-14 10:04:00
UNEC-də proqramlaşdırma üzrə təlimlər keçiriləcək

UNEC və “Coders Azerbaijan”ın əməkdaşlığı, UNEC Karyera mərkəzinin təşkilatçılığı ilə “CS50x Azerbaijan” layihəsinə müraciətlərin qəbulu elan edilir. 

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində UNEC-də təhsil alan və ilk müraciət edən 20 nəfər tələbə 10 həftə ərzində proqramlaşdırma üzrə keçiriləcək karyera yönümlü təlimlərdə iştirak etmək hüququ qazanacaq.

 

Layihəyə qatılmaq üçün son müraciət tarixi: 19 fevral, saat 23:59.