Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-11 09:31:00
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik təsdiqlənib

Milli Məclisin “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qərarı təsdiqlənib.

 

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu”nu təsdiqləyib.

 

Dəyişikliyə əsasən:

 

- ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək;

 

- orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifələri sırasına daxil edilib.

 

Həmçinin Qanunun 2. 32.3.7-ci maddəsində “və ixtisasını dəyişmək” sözləri “, ixtisasını və təhsilalma formasını dəyişmək, təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunmaq” sözləri ilə əvəz edilib. 32.3.12-ci maddəyə “dayandırmaq” sözündən sonra “(akademik məzuniyyət götürmək)” sözləri əlavə edilib.