2023-02-10 16:41:00
Gənclər və idman naziri tələbə gənclərlə görüşüb
Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov bu gün Lənkəranda tələbə gənclərlə görüşüb. Lənkəran Dövlət Universitetinin Böyük akt zalında keçirilən görüşdə LDU-nun və universitetin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar -Texnoloji Kollecin, Lənkəran Tibb Kollecinin tələbələri iştirak edib.
AzEdu.az xəbər verir ki, görüşü Lənkəran Dövlət Universitetinin sosial məsələlər üzrə prorektoru, professor Kamran Kazımov açaraq Gənclər və idman naziri Fərid Qayıbovu universitet rəhbərliyi adından salamlayıb və tələbələrlə görüşə vaxt ayırdığına görə minnətdarlıq bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında müasir Azərbaycanda aparılan gənclər siyasətindən, bu istiqamətdə qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən söz açıb, gəncləri açıq söhbətə və səmimi dialoqa dəvət edib.
Qarşılıqlı diskussiya şəraitində keçən görüşdə şəhid tələbələrin xatirələrinin əbədiləşdirilməsi, gənclərin asudə vaxtlarının təşkili, məşğulluğunun təmini, idman sahəsində işlərin canlandırılması, bölgələrin idman qurğuları ilə təminatı, bu istiqamətdə işlərin müasir tələblər səviyyəsinə çatdırılması, gənclər düşərgələrinə bölgələrdə yaşayan gənclərin daha çox cəlb edilməsi, sosial şəbəkələrdən düzgün istifadə, erkən nikahların doğurduğu fəsadlar, gender bərabərliyinin qorunmasının vacibliyi, gənclərdə mütaliə vərdişlərinin aşılanması, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması və sair barədə geniş fikir mübadiləsi edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvan Dövlət Universiteti publik hüquqi şəxs olacaq
2024-05-03 17:36:19
LDU-da M.Füzulinin 530 illiyi qeyd edilib
2024-05-03 14:18:10
BMU əməkdaşlıqlarını genişləndirir
2024-05-01 17:58:00
Azərbaycanda tələbə faciəli şəkildə ölüb- FOTO
2024-05-01 11:29:05
ADNA terrorundan 15 il ötür
2024-04-30 08:39:44
İlahiyyat İnstitutunun gənc məzunu vəfat edib – FOTO
2024-04-29 08:50:06
AzMİU-da Pilot tədris həftəsi başlayıb
2024-04-24 15:06:44
AzTU-nun nizamnamə fondunun həcmi açıqlanıb
2024-04-20 12:48:00
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
2024-04-20 11:44:51
MDU Ali Təhsil Liderlik Forumunda təmsil olunur
2024-04-18 09:13:27
kitabı
ÇOX OXUNANLAR
24 Aprel 2024, 13:39
“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
24 Aprel 2024, 17:42
“Firidun bəy Köçərli” mükafatı Firudin Qurbanova təqdim edildi - FOTO
26 Aprel 2024, 09:00
Məktəb və bağçalarda yaz tətili başlayır - TARİX AÇIQLANDI
30 Aprel 2024, 12:10
“Bu il magistraturaya qəbulda güclü rəqabət olacaq”
27 Aprel 2024, 16:03
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib
24 Aprel 2024, 15:01
“İlin gənc müəllimi” şəhid olan atasından DANIŞDI: “Ümidim var ki, o, sağdır”
FACEBOOK