Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-09 11:09:00
Tələbələrin gediş haqqı problemini universitetlər həll edə bilərmi?

Sərnişin daşıma vasitələrində gediş haqqı bahalaşdıqdan sonra bəzi ekspertlər tələbələrə müəyyən güzəştlər edilməsini təklif edirlər.

 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi AzEdu.az-a açıqlamasında tələbələr üçün xüsusi kartlar hazırlanmalı olduğunu qeyd edib:

 

“Fevralın üçündən etibarən gediş haqqlarında olan artım tələbələrin büdcələrinə, maliyyə imkanlarına ciddi təsir edir. Hazırda dərslər başlamayıb, fevralın 16-da  dərslər başlayandan sonra tələbələr bu fərqi daha aydın hiss edəcək. Tələbələrin təqaüdləri artırılsa da, bu artım onların hamısını əhatə etmir.  Ümumiyyətlə təqaüd almayan tələbələr də var. Nəticə etibarıiə onlar üçün xüsusi güzəştlər tətbiq olunmalıdır. Elm və Təhsil Nazirliyi ilə sərnişindaşıma şirkətləri arasında müvafiq əməkdaşlıq qurulmalıdır. Xüsusi kartlar hazırlayıb tələbələrə təqdim emək olar ki, bu kartları məhz tələbələr istifadə edə bilsin.


Elm və Təhsil Nazirliyi bu məsələyə laqeyd yanaşarsa, universitetlərin özləri də buna təşəbbüs edə bilərlər. Xarici ölkələrdə bu kimi addımlar atılır. Görülən tədbirlər nəticəsində tələbələrin müvafiq kartlar vasitəsilə gediş-gəlişi təmin olunumasına imkan yaradılır. Bizim ölkədə də bu kartları tədbiq etsələr, tələbələrin nəqiliyyatdan istifadəsi problemli hala çevrilməz”-deyə sözlərini tamamlayıb".