Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-07 15:27:00
Təhsil müəssisələrində zəlzələ ilə bağlı maarifləndirmə işləri aparılırmı?

 

Türkiyədəki dəhşətli fövqəladə durum bir çox təhlükəsizlik problemlərini gündəmə gətirdi. Bunlardan biri də ölkə üzrə, xüsusən təhsil müəssisələrində  maarifləndirmə işlərinin aparılmasıdır.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova yarana biləcək zəlzələ təhlükəsi zamanı maarifləndirmə işlərinin aparılması ilə bağlı özəl açıqlamalar verib.

 

 

 

Günel Səfərova: “Uşaqlarıın maarifləndirilməsi məsələsi gündəmimizdədir”

 

“Biz, Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura ilə birlikdə belə qərarlaşdırmışıq ki, yanğınsöndürən qurğuları və çıxış pilləkənlərini yoxlayaq. Eyni zamanda bununla bağlı uşaqların maarifləndirilməsi məsələsi də gündəmimizdədir. Əslində həyat bilgisi fənnində çox qısa da olsa fövqəladə hal zamanı davranış qaydaları ilə bağlı məlumat verilir. Təbii ki, bu olduqca səthi məlumatdır və bu istiqamətdə geniş təlimatlandırmaların aparılması vacibdir.

 

Heç kim belə bir fəlakətlə üz-üzə qalmağı istəməz. Ancaq bütün ehtimalları nəzərə alaraq maarifləndirmə işləri aparılmalıdır. Fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlimatlandırma işləri gücləndirilməlidir.

 

 

Günel Səfərova təhsil müəssisələrində tədbirlərin həyata keçirilməsində FHN ilə əməkdaşlıq etdiyini vurğuladı

 

Fəlakət məsələsi gündəmə gəldiyi zaman biz ictimai şuranın üzvləri olaraq binaların dayanıqlılığı, məktəb heyətinin, şagirdlərin fövqəladə hallarla əlaqədar  təlimatlandırılması məsələsini müzakirə edib hansı tədbirlər görəcəyimizi qərarlaşdırdıq. Artıq keçən ildən FHN-nin ictimai şurası ilə anlaşmışıq ki, bəzi məktəbləri seçərək maarifləndirmə tədbirlərimizi orada reallaşdıraq. Mən özüm təbii ki, bu sahədə ekspert deyiləm. Amma ekspertlərlə birlikdə lazımi tədbirləri həyata keçirə bilərik. Saytınızın bu məsələni gündəmə gətirməsi olduqca faydalıdır. Bu məzmunda informasiyanın verilməsi üçün televiziya verilişlərin hazırlanması da arzuolunandır.

 No description available.

Bununla bağlı Amerika təcrübəsinə nəzər salsaq görərik ki, mütəmadi olaraq məktəb uşaqlarının yanğınsöndürmə məntəqələrinə, sığınacaqlara və s. kimi önəmli məkanlara ekskursiyaları təşkil olunur. Bizdə də bu kimi maarifləndirici tədbirlər görülməlidir.

 

 

“Zəlzələni proqnozlaşdırmaq mümkün olmadığına görə, ən azından, sağ qalmaq üçün davranış qaydalarına dərindən bələd olmaq hər bir fərd üçün önəmlidir”

 

Türkiyə qədər olmasa da, Azərbaycan da seysmoloji zonada yerləşir. Tarix boyu Şamaxıda, Bakıda və s. ərazilərdə zəlzələlər baş verib. Hazırki situasiyada 2 əsas məsələ gündəmdə olmalıdır: Binaların dayanıqlılığı və maarifləndirmə işləri.

Zəlzələni proqnozlaşdırmaq olmadığına görə, ən azından sağ qalmaq üçün davranış qaydalarına dərindən bələd olmaq hər bir fərdə önəmlidir. Zəlzələ çantasının hazırlanması, ilkin tibbi yardımın olunması qaydası və s. bunları əvvəlcədən bilmək lazımdır.

 

 

“Yaratdığınız imkandan istifadə edərək Türkiyədə baş vermiş hadisə ilə bağlı təəssüfümü bildirir, Türkiyə Cümhuriyyətinə və zəlzələ qurbanlarının ailələrinə başsağlığı diləyirəm”.