Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-06 15:58:00
“Məktəbdə çəkilən videoda qeyri-etik heç nə yoxdur ”-RƏY

 

Son zamanlarda sosial şəbəkələrdə yayılan 258 saylı orta məktəb şagirdlərinin çəkdiyi “Tik-tok” videosu istifadəçilərin reaksiyalarına səbəb oldu. Bir qism şagirdləri, məktəb rəhbərliyini və valideynləri qınaq atəşinə tutdu, bir qism isə bunun sadəcə əyləncə videosu olduğunu qeyd etdi.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil jurnalisti  Niyazi Şərifsoy da öz yanaşmasında söylədi ki, məsələni bu qədər qabartmaq, müzakirə obyektinə çevirmək düzgün deyil. Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində belə videolarla qarşılaşmaq olar. Müəllimlər də, şagirdlər də sosial şəbəkələrə əyləncə məzmunlu videolar yerləşdirirlər. Məsələni bu qədər qabartmaq, müzakirə obyektinə çevirməksə düzgün deyil: “Sözügedən videonu mən də izləmişəm. Videoda qeyri-etik bir hərəkətlə rastlaşmadım. Şagirdlər sadəcə orada bir obraz yaratmağa çalışıblar. Ancaq yaxşı olar ki, bu kimi hallar məktəb daxilində baş verməsin. Dövrün tələbi olsa da, şagirdlərin sosial şəbəkələrə çox meyl etməsi o qədər də arzuolunan hal deyil”.

 

 

Təhsil jurnalisti məktəb rəhbərliyini maarifləndirmə işlərinin aparılmasına çağırır:

 

“Məktəb bu kimi məsələlərə daha diqqətli və ciddi yanaşmalıdır. Şagirdlər arasında təbliğat və maarifləndirmə işləri aparılmalıdır. Ancaq qəbul etmək lazımdır ki, buna tam nəzarəti həyata keçirmək də mümkün deyil”.

 

 

“Belə vəziyyətlərdə valideynlər də övladları ilə ciddi danışıqlar aparmalı, tövsiyələr verməlidirlər”- deyən Niyazi Şərifsoy burada valideynlərin rolunu da xüsusi vurğuladı:

 

“Təbii ki, bu kimi hallarda bütün məsuliyyət məktəb rəhbərliyinin üzərinə düşə bilməz. Belə vəziyyətlərdə valideynlər də övladları ilə ciddi danışıqlar aparmalı, tövsiyələr verməlidirlər. Öz övladlarına məktəbin təlim-tərbiyə, elm ocağı olduğunu anlatmalıdırlar”.