Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-15 13:04:00
Tələbələri "Bibiheybət"dən Avropa və Amerikaya aparan "stansiya" - Ali məkan, mükəmməl kampus

SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusu Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunub. 

AzEdu.az xəbər verir ki, 7 hektar ərazisi olan kampusun tikintisinə 2012-ci ildə başlanılıb və tədris üçün tam hazır vəziyyətə gətirilib. Təhsil kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunub. Bakı Ali Neft Məktəbinin kampusu əsas tədris korpusunu, kitabxana kompleksini, kütləvi tədbirlər üçün akt zalını, idarəetmə bölmələrinin yerləşdiyi binanı, yeməkxananı, uşaq bağçasını, ən müasir tələblərə cavab verən və qapalı idman zallarından, qapalı üzgüçülük hovuzundan, açıq tennis, voleybol, basketbol meydançalarından və stadiondan ibarət idman və 400 nəfərlik yataqxana kompleksini birləşdirir.

Kampusdakı 300 nəfərlik yeməkxana kompleksi iş günü ərzində tələbələrə və əməkdaşlara yüksək iaşə xidməti göstərmək üçün zəruri infrastruktura və işçi heyətinə malikdir. Şəhərcikdə beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz yaradılıb. Zəruri inventarla təchiz olunan idman kompleksi gənclərin idmanla məşğul olmasına geniş imkanlar açır, burada yarışların keçirilməsi üçün də hər cür şərait var.

Bakı Ali Neft Məktəbinin nəzdində uşaq bağçası da fəaliyyət göstərir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib. Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb.

Kampusda açıq havada 2 tennis kortu, voleybol, basketbol, yüngül atletika meydançaları və fitnes zalı inşa edilib. Bundan başqa, 1000 tamaşaçı yeri olan süni örtüklü meydança da tələbələrin ixtiyarına veriləcək. Kampusda 400 yerlik yataqxana da yaradılıb. Burada 2, 3 və 4 nəfərlik otaqlar bütün şəraitə malikdir, mərtəbələrdə camaşırxanalar və mətbəxlər istifadəyə verilib.

AzEdu.az Bakı Ali Neft Məktəbinin kampusundan fotoları təqdim edir:

Fotolar: İsmət Paşa