Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-19 09:52:00
ADNSU-nun uğurlu təcrübə keçən tələbələri sertifikat alıblar

Yanvarın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Metak” şirkətində təcrübə keçmiş tələbələrə sertifikatların verilməsi mərasimi keçirilib.

 

AzEdu.az ADNSU-nun rektoru, professor Mustafa Babanlının, “Metak” şirkətinin rəhbəri Alik Kərimovun, universitetin professor-müəlli heyətinin və şirkət əməkdaşlarının iştirak etdiyi tədbirdə öncə istehsalat müəssisəsi və ali təhsil ocağı rasındakı əlaqələrdən bəhs olunub. Rektor, professor Mustafa Babanlı ADNSU-da tətbiq olunan yeni tədris proqramları, ikili diplom layihələri və kadr hazılığı haqqında iştirakçılara məlumat verib. İnnovasiyalardan və startap layihələrindən danışan rektor, professor Mustafa Babanlı hazırda universitetdə yüksək səviyyəli ixtisaslı mühəndis kadrların hazırlandığı iştirakçıların diqqətinə çatdırıb.

 

"Metak” şirkətinin rəhbəri Alik Kərimov Azİİ-nin (ADNSU) yetişdirdiyi mühəndis kadrlara hər zaman ehtiyac duyulduğunu bildirib və rəhbərlik etdiyi müəssisədə çalışan Azİİ məzunlarının və hazırda ADNSU-nun “Metak” şirkətində təcrübə keçən tələbələrinin timsalında bunun  bir daha şahidi olduğunu bildirib.

 

Sonra tələbələr sertifikatlar təqdim olunub. “Metak” şirkətində təcrübə keçən tələbələr də həm universitetdə aldığı nəzəri biliklərdən, həm də şirkətdə keçdikləri təcrübədən razı qaldıqlarını bildiriblər.