Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 11:29:00
ETN: “Məktəblinin dostu” layihəsi dövlət büdcəsindən maliyyələşdirilir?

“Məktəblinin dostu” layihəsi ilk olaraq 30 məktəbdə 112 şəxslər fəaliyyətə başlayıb.

 

AzEdu.az xəbər verir ki, xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib. Onun sözlərinə görə, hazırda layihə Bakı, Sumqayıt və Abşeronda ümumilikdə 220 məktəbi əhatə edir. Onlardan 20-si Sumqayıt, 20-si Abşeron məktəbləridir:

 

“Hazırda layihədə 400 nəfər çalışır, bu isə 400 min şagirdi əhatə edir. Onlar 70 məktəbdə daimi olurlar, digər məktəblərdə isə monitorinqlər edilir. Layihəni regionlarda da genişləndirməyi düşünürük, çünki çoxlu sayda müraciətlər olur”.

 

Nazir müşaviri layihənin maliyyələşdirməsinə də aydınlıq gətirib:

 

““Məktəblinin dostu” layihəsi ancaq sponsorlar, özəl şirkətlər tərəfindən maliyyələşdirilir. Bu, dövlət büdcəsi hesabına olan maliyyələşmə deyil”.