Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-18 09:13:00
Təhsil sahəsində indiyədək buraxılan böyük boşluq- “Diqqətsiz qalmışıq”

 

 

 

“Ali təhsil müəssisələrində təhsilin sosiologiyası ayrıca fənn kimi tədris olunsaydı, daha sağlam, uğurlu strategiyalar hazırlanardı”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq-alim Əhməd Qəşəmoğlu deyib. Ekspert bu mövzuların tədris olunacağı təqdirdə təhsil sistemində hansı növ inkişafın olacaqlarını da vurğulayıb:

 

Sosioloq-alim: “Əgər bu mövzu hələ də həllini tapmayıbsa, bu, bizim məsələyə diqqətsizliyimizdən irəli gəlir"

 

“Təhsilin sosiologiyasının ayrıca bir fənn kimi tədris olunması vacib məsələdir. Aydın təsəvvür yaratmaq üçün sosiologiya elminin cəmiyyətə faydasını "həkim və xəstə" arasındakı prosesə bənzətmək olar. Həkim müxtəlif üsullarla xəstənin problemlərini öyrənib lazımi tədbirlər görür. Sosioloq da cəmiyyəti, hansısa sahəni tədqiq edir, problemlərini müəyyənləşdirir və "müayinə" edir.

 

İllərdir təhsilin sosiologiyası ilə bağlı problemlər, onların həlli yollarının zərurəti danışılır. Təhsil sahəsindəki problemlərin həll olunması üçün əvvəlcə bu sahənin sosiologiyasına bələd olan mütəxəssis yetişməlidir. Bu kimi mövzuların tədrisi olmadıqda isə mütəxəssisdən söhbət gedə bilməz. Sahənin qarşısında olduqca çox işlər dayanır. Həmin işlər lazımi qaydada həyata keçirilərsə, peşəkar mütəxəssislər yetişdirilə bilər. Fənnin tədrisinə əhəmiyyət verilməməsi ciddi problemdir. Təhsilin sosiologiyası ayrıca fənn olaraq tədris olunmalıdır. Əgər bu mövzu hələ də həllini tapmayıbsa, bu bizim məsələyə diqqətsizliyimizdən irəli gəlir”.

 

Ekspert, sosiologiyanın imkanlarından təhsil sahəsində istifadənin müsbət nəticə verəcəyini düşünür:

 

“Ali təhsil müəssisələrində təhsilin sosiologiyası ayrıca fənn kimi tədris olunsaydı, daha sağlam, uğurlu strategiyalar hazırlanardı. Ümumilikdə bu sahədə sistemi təkmilləşdirmək üçün daha keyfiyyətli meyarlar müəyyənləşdirilər. Təhsil sahəsində qarşılıqlı təsirə malik olan amillər daha yaxşı öyrənilə bilərdi. Müsbət təsirləri olduqca çoxdur. Sosiologiya sahəsi hansı imkanlara malikdirsə, bunlar təhsil sahəsinə tətbiq olunaraq inkişafa zəmin yaradar.  Bu da öz növbəsində təhsil sahəsində daha təkmil mütəxəssislər yetişməsinə təkan verərdi. Nəticə olaraq təhsil sahəsində daha uğurlu islahatlar aparılar, daha faydalı təkliflər irəli sürülərdi.