Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-17 11:47:00
Şagird təhlükəsizliyi üçün vacib addım - Asfalta “Məktəb”, “Yavaş” sözləri yazıldı

Bakı Nəqliyyat Agentliyi ötən il paytaxtın müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edib.

 

AzEdu.az  Agentliyə istinadən xəbər verir ki, bunlardan 9-u eynisəviyyəli piyada keçididir.

 

İl ərzində 12 piyada keçidində “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib.

 

Bundan başqa, piyada intensivliyinin yüksək olduğu, xüsusilə azyaşlı uşaqların daha çox hərəkət etdiyi təhsil ocaqlarının ətrafında təhlükəsizlik səviyyəsinin daha yüksək həddə çatdırılması üçün asfalt örtüyün üzərinə “Məktəb” və “Yavaş” sözləri yazılıb.