Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 13:12:00
UNEC-də “MİNAHACK” hakatonu keçiriləcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə ilk dəfə olaraq torpağın minalardan təmizlənməsi mövzusunda “MİNAHACK” hakatonu keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, 23-24 fevral tarixlərində keçiriləcək layihənin məqsədi Azərbaycanın işğaldan azad olunan ərazilərində mina təmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı fəal icma üzvlərini bir araya gətirərək, minalardan təmizlənməsi üçün texnoloji ideyalar və həllər təklif etməyə təşviq etməkdir.

 

Hakatonda iştirakla bağlı müraciət edənlər üçün 17-35 yaş həddi müəyyən edilib. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər, hər komanda kapitanla birlikdə 4 nəfər üzvdən ibarət olmalı, bir komandada fərqli müəssisələrdən maksimum 2 nəfər olmalı və komanda kapitanı komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 36 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar. “MİNAHACK 2023” hakatonu üzrə I, II, III, IV yerləri tutan komandalar müvafiq pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Müraciət üçün son tarix: 30 yanvar 2023-ci il
Qeydiyyat linki: https://forms.gle/wZTsPBYvEDjWB8PY9
Ətraflı məlumat üçün əlaqə: 012 492 59 03 (daxili 1132)
Əlaqədar şəxslər: Aytac Rzayeva, UNEC Karyera Mərkəzinin direktoruSevinc Məcid, baş mütəxəssis
E-mail: [email protected][email protected][email protected]