Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 12:46:00
Duman, çiskin və şaxta - Sabahın HAVA PROQNOZU

Azərbaycan ərazisində yanvarın 17-də gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-5, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75% olacaq.

 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.