Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 12:21:00
Sınaq imtahanında iştirak üçün əsas tələb-Ödəniş  məbləği

 Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi fevralın 12-də ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi – I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirəcək. Sınaq imtahanına qeydiyyat 29 yanvar saat 23:59-dək aparılacaq.

 

 Bəs sınaq imtahanında iştirak etmək istəyənlər qeydiyyatdan necə keçməlidir?  Pul necə ödənilir?

 

AzEdu.az-ın DİM-dən adlığı məlumata əsasən, Sınaq imtahanı ödənişlidir. İmtahanda qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.