Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-12 14:39:00
AzTU-nun tələbəsi, şəhid Ziyadxan Əliyevin doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi, Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Ziyadxan Əliyev 1997-ci il yanvarın 12-də Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2014-cü ildə AzTU-ya qəbul olunub. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Ziyadxan Əliyev 2020-ci ildə başladılan 44 günlük Vətən müharibəsində iştirak edib. O, döyüş meydanında yaralı hərbçiləri təxliyə edən zaman şəhidlik zirvəsinə yüksəlib.

 

AzEdu.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Ziyadxan Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!