Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-06 16:50:00
Azərbaycan Universitetlərinin “Brend tələbələr”i-SİYAHI  

Azedu Təhsil Portalı tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri  daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə  “Brend tələbə”in siyahısını tərtib edib.

 

“Brend tələbələr” ekspert komissiyasının hazırladığı meyarlar əsasında birbaşa universitetlər tərəfindən seçilir.

 

Təsdiqlənən  siyahı sonda redaksiyaya göndərilib

 

Hər universitet tərəfindən təklif olunan 10 tələbə  professor-müəllim heyətinin, tələbə kəsiminin xüsusi simpatiyasını qazanmalı və meyarlara cavab verməlidir.

 

Azərbaycanın 20 universiteti “Brend tələbə” ilə bağlı tələbə seçimini həyata keçiriblər.

 

MEYARLAR

1. Universitetə gətirdiyi yenilik, yeni çağrışlarla bağlı  yanaşmaları;

2. Sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsi;

3. Xüsusi analitik qabiliyyəti və natiqlik keyfiyyətləri;

4. Universitetin ictimai həyatında aktivlik və  kommunikabellilik;

5. Xarici universitetlərlə (tələbə və professor -müəllim heyəti ilə) əməkdaşlıq;

6. Nəzəriyyə ilə yanaşı, praktik səviyyədə inkişaf. İxtisası üzrə istehsalat göstəriciləri;

7. Beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik;

8. Milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması;

9. Liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi;

10. Universitetin nüfuzunu yüksəldən ideyalarla çıxış etməsi və bunu gerçəkləşdirməsi;

11. Xarici dil bilgisi, idman, musiqi bacarğı;

12. Dərsdənkənar məşğuliyyətdə faydalılıq;

 

Yuxarıdakı şərtlərin ən azı  70 faizinə cavab verməyən tələbə “Brend Tələbə” olaraq təklif edilməyib.

 

“Brend tələbə” siyahısının hazırlanmasına  qatılan universitetlərin siyahısı:

 

1) Bakı Dövlət Universiteti;

2) UNEC;

3) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti;

4) Azərbaycan Texniki Universiteti;

5) Azərbaycan Dövlət Pedaqoji Universiteti;

6) Azərbaycan Tibb Universiteti;

7) Azərbaycan Memarlıq və İnşaat Universiteti;

8) Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti;

9) Azərbaycan İlahiyyat İnstitutu;

10) Dövlət İdarəçilik Akademiyası;

11) Bakı Slavyan Universiteti;

12) Bakı Mühəndislik Universiteti;

13) Gəncə Dövlət Universiteti;

14) Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası;(ADRA)

15) Mingəçevir Dövlət Universiteti;

16) Lənkəran Dövlət Universiteti;

17) Bakı Avrasiya Universiteti;

18) Azərbaycan Kooperasiya Universiteti;

19)  Xəzər Universiteti;

20) Qərbi Kaspi Universiteti

21)Azərbaycan Dillər Universiteti

 

 

Qeyd edək ki, yaxın günlərdə “Brend tələbə”lərin siyahısı təqdim ediləcək. İlkin mərhələdə universitetlər tərəfindən təqdim edilən tələbələrin informasiya bazaları portalda yaradılacaq xüsusi bölmədə yerləşdiriləcək.

 

Onların uğur hekayələri, fərdi bacarıq göstəriciləri gənc nəslə örnək məqsədilə geniş şəkildə təbliğ ediləcək.