Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-06 09:48:00
Respublika Fənn olimpiadalarının nəticələri açıqlandı  

Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, şagirdlər nəticələri ilə www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələri vasitəsilə tanış ola bilərlər.

 

Rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər [email protected] elektron ünvanına yazılı şəkildə bildirilməlidir.

 

Qeyd edək ki, növbəti mərhələ informatika fənni üzrə 18 fevral, digər fənlər üzrə 25 fevral 2023-cü il tarixlərində keçiriləcək. Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi 1-15 fevral 2023-cü il tarixlərində www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

 

Fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

RFO təşkilat komitəsi və münsiflər heyəti bütün olimpiada iştirakçılarına uğurlar arzulayır!