Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 12:24:00
DİM kvalifikasiya imtahanlarına qeydiyyat elan edir

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 18 yanvar 2023-cü ildir. İmtahan 4 mart 2023-cü il tarixində keçiriləcək.

 

AzEu.az xəbər verir ki, imtahan azyaşlılar üçün hazırlanmış üç kvalifikasiya: PreA1 Starters, A1 Movers və A2 Flyers üzrə keçiriləcək.

 

Bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

 

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və LinguaSkill imtahanlarını təşkil edir.

 

Qeydiyyat üçün linkə daxil ola bilərsiniz.

 

Əlavə məlumat üçün [email protected] poçtuna yaza bilərsiniz.