Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 11:47:00
Kredit üçün BU SAYDA tələbə müraciət edib

Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 30 noyabr 2022-ci il tarixinədək Fonda 17 000-dən çox tələbə müraciəti daxil olub.

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirlib ki, 2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 000-dən çox tələbə müraciət edib, onlardan 4265 nəfər tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıb.