Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-12 13:27:00
TTKF-da maraqlı görüş – Ekspert və şirkət nümayəndələri bir arada -FOTOLAR

 

 

Təhsil Tələbə Kredit Fondunda ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil ekspertləri, QHT və konsaltinq şirkətin nümayəndələri ilə görüş keçirilib.

 

AzEdu.az xəbər  verir ki, fondun idarə heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları, təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə ətraflı məlumat verib.

 

Qarşılıqlı diskusiya formatında keçirilən görüşdə tələbələrin mövcud sistemdən daha çox yararlana bilmələri üçün bir sıra maraqlı təkliflər səsləndirib. TTK-dən subbakalavr, qiyabi, eləcə də xaricdə təhsil alanların da istifadə edə bilməsinin arzu olunan olduğu qeyd olunub. Bundan başqa maarifləndirmə görüşlərinin ali təhsil müəssisələri ilə paralel, orta məktəblərdə də təşkil edilməsinin vacibliyi vurğulanıb.

 

Ekspertlər yaradılan bu imkanın tələbələrin motivasiyasını artıracağını, təhsilin keyfiyyətinə müsbət təsir edəcəyini bildiriblər. Görüş zamanı beynəlxalq təcrübədən danışılıb, suallar cavablandırılıb, qeyd olunan təkliflər ətrafında geniş müzakirələr aparılıb.

 

Qeyd edək ki, Fond əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı ilə yaradılıb.